Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Davudun Xevronda doğulan oğulları bunlardır: ilk oğlu İzreelli Axinoamdan doğulan Amnon, ikincisi Karmelli Aviqaildən doğulan Daniel, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya, altıncısı arvadı Eqladan doğulan İtream. Davudun bu altı oğlu Xevronda doğuldu. Davud orada yeddi il altı ay padşahlıq etdi, Yerusəlimdə isə otuz üç il padşahlıq etdi. Davudun Yerusəlimdə doğulan oğulları bunlardır: Ammielin qızı Bat-Şevadan doğulan dörd oğlu: Şimea, Şovav, Natan və Süleyman, daha doqquz oğlu: İvxar, Elişua, Elpelet, Noqah, Nefeq, Yafia, Elişama, Elyada və Elifelet. Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır. Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”.
Выбор основного перевода