Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar. Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə. İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi? Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu? Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb. Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz. Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”. Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi.
Выбор основного перевода