Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin. O belə dedi: «Bu dünyaya çılpaq gəlmişəm, Çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!» Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır. Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər. Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
Выбор основного перевода