Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm. Şamuel yandırma qurbanı verərkən Filiştlilər İsrailə hücum etmək üçün yaxınlaşdılar. Rəbb o gün güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı və onları İsrailin önündə məğlub etdi. Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən». Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar. Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”. Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən! O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi.
Выбор основного перевода