Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi. O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar. Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur. Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur! Varlığıma and içdim, Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz. Hər diz önümdə çökəcək, Hər dil Mənə and içəcək. Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. «Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. «Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi. bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq. Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!»
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода