Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». Oranı viranəliyə çevirəcəyəm, Oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, Buludlara əmr edəcəyəm ki, Üzərinə yağış yağmasın». Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq. “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu. Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода