Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi. O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü. İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода