Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində siyrilmiş qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu. Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum. Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur. Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı. Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı». Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода