Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
İsrailin əsir düşmüş övladlarını toplayan Xudavənd Rəbb belə bəyan edir: «Mən hələ toplanmışların yanına başqalarını da yığacağam». Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub nəsli yenə geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu kimsə qorxutmayacaq. Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm». «Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb. «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib. Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir». Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq».
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода