Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək. Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq. Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək. Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?»
Захария
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Выбор основного перевода