Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Софония
1 2 3
Параллельные места
O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi. Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı. Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin. Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır? Mən hələ danışıb duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim edən zaman – hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi. Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır. Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan! Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq! Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı.
Софония
1 2 3
Выбор основного перевода