Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Софония
1 2 3
Параллельные места
Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər. Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”. “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”. «Gün gələcək» Rəbb bəyan edir, «Mən şikəstləri yığacağam, İncitdiyim pərən-pərən düşən xalqı Bir yerə toplayacağam. Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm».
Софония
1 2 3
Выбор основного перевода