Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Софония
1 2 3
Параллельные места
Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər. Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi, Ordular Rəbbini axtarmadı. “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. Rəbb bəyan edir: “Sən Məni rədd etdin, Geri çəkildin. Mən də əlimi uzadıb səni məhv edirəm. Daha bağışlamaqdan yoruldum. Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur.
Софония
1 2 3
Выбор основного перевода