Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Софония
1 2 3
Параллельные места
«Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək. Rəbb adamları çox uzaqlara sürgün edəcək, Ölkənin çox yerləri viran qalacaq. Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi. Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.
Софония
1 2 3
Выбор основного перевода