Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Софония
1 2 3
Параллельные места
Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir. Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”. Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir Dağlar üzərində yayılan dan kimi Çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, Əzəldən bəri bunun kimisi olmamışdır, Bundan sonra da nəsillər boyu olmayacaqdır. Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq. Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa, Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur.
Софония
1 2 3
Выбор основного перевода