Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”». Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü. Əgər sən onları azad etmək istəməsən, əyanların, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq. Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm. Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”». Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu.
Выбор основного перевода