Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam. Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər. Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”». Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun». Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü.
Выбор основного перевода