Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin! Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir. Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü, İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi, Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”. O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”. Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun. O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin.
Выбор основного перевода