Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız. Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək. Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi. Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər. Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək». Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.
Выбор основного перевода