Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər. Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr. Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək. Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar».
Выбор основного перевода