Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır? Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır. Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir». Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
Выбор основного перевода