Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!» Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib. Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun! Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq. Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz. Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə. Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».
Выбор основного перевода