Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Ey İsrail qızları, ağlayın Şaul üçün. O sizə qiymətli al qumaşlar geydirərdi, Geyiminizə qızıl naxışlar vurardı. Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Mən gözəl və zərif qızı – Sion qızını talan edəcəyəm. Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar! Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar! Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq. Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var. Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
Выбор основного перевода