Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi. Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz». Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək. Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.
Выбор основного перевода