Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?» Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən». Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir. Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. Millətlər onun xəbərini eşitdi, Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər. Ətraf ölkələrin millətləri Onun üstünə gəldi, Öz torlarını üzərinə atdı, Bu şir onların quyusuna düşüb ələ keçdi. Bütün göy quşları onun budaqlarında yuva qurdu, Vəhşi heyvanlar şaxələri altında balaladı, Bütün böyük millətlər kölgəsində yaşadı. Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi. Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin.
Выбор основного перевода