Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu. Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar! O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!» Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir. Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır! Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
Выбор основного перевода