Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar. Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar. Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər. Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”. Bütün müttəfiqlərin səni unutdu, Səni arayıb-axtarmırlar. Düşmən vuran kimi Mən səni vurdum. Rəhmsizcəsinə cəzalandırdım. Çünki təqsirkarlığın böyükdür, Günahların çoxdur. Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi. Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı. Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt –
Выбор основного перевода