Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər. Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi, Övladların taqətdən düşüb, Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir. Onlar tələyə düşmüş cüyür kimi Hər küçə başında uzanıb. İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın. Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb. Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir. Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı. Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur.
Выбор основного перевода