Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb. Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın! Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır. Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq. Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq. Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm. Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir. Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən!
Выбор основного перевода