Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər. Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar. Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən! Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Выбор основного перевода