Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi Çölün qoxusu kimidir. Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır. Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır. Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar. Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq. Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız.
Выбор основного перевода