Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır.
Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.