Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır. Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi.
Выбор основного перевода