Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar. Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi. Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir. Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam. Kahinlər nə qədər çoxaldısa, Mənə qarşı o qədər çox günah etdi. Onların izzətini rüsvayçılığa çevirəcəyəm. İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək.
Выбор основного перевода