Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər. Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi. Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim. Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi. Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın. Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm. Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın.
Выбор основного перевода