Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi». Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm. O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”». Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı. Külək onları qanadları ilə sarıyacaq, Qurbanlarından ötrü utanacaqlar. İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
Выбор основного перевода