Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal! Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib. Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma. Lakin İsraili yenə öz otlağına gətirəcəyəm, O, Karmeldə və Başanda otlayacaq. Efrayim və Gilead dağlıq bölgələrində İstədiyi qədər yeyib-doyacaq. Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam, Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək.
Выбор основного перевода