Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq. Məhsuldar vadinin başında yerləşən şəhər, İzzətli və gözəl tac, Artıq solan çiçəyi xatırladan şəhər, Vaxtından əvvəl yetişən əncir kimi olacaq. Onu görən tez dərib yeyəcək. «Saleh adam ölür və bunu vecinə alan yoxdur. Mömin adamlar da köçüb gedir, Amma heç kim anlamır ki, Bəla gəlməmiş saleh adam canını qurtarır. Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu.
Выбор основного перевода