Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər. Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm. Axı onlar sənə belə dedi: “Uzan yerə, üstündən keçək”. Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər». Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”» Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!» Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar.
Выбор основного перевода