Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Малахия
1 2 3 4
Параллельные места
Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim». Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək». Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. Lakin sən ey qulum İsrail, Seçdiyim Yaqub nəsli, Dostum İbrahimin övladları! Səni dünyanın ucqar yerlərindən topladım, Ən uzaq yerlərdən səslədim: «Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim. Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
Малахия
1 2 3 4
Выбор основного перевода