Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Малахия
1 2 3 4
Параллельные места
Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm. Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil». Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək». Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə. Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam». Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi. Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm. Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam.
Малахия
1 2 3 4
Выбор основного перевода