Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Малахия
1 2 3 4
Параллельные места
Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar. Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq». Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək. Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək. Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm. «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımla çağırılmayan millətə dedim: “Buradayam! Buradayam!” Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır. Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur. Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin.
Малахия
1 2 3 4
Выбор основного перевода