Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz. Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı. O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar. Orada şirlər olmayacaq, Yırtıcı heyvanlar o yola çıxmayacaq, Onlara orada rast gəlməyəcəklər. Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək. Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub nəsli yenə geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu kimsə qorxutmayacaq. İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».
Выбор основного перевода