Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm». Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi». Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin! Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
Выбор основного перевода