Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar yola düşdülər. Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız. O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır. Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
Выбор основного перевода