Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd ikinci sıra firuzə, göy yaqut və almaz, üçüncü sıra sirkon, əqiq və ametist, dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır. Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax. İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax. İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın.
Выбор основного перевода