Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini; masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini; işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını; buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; məskənin payalarını; həyətin payalarını; onların iplərini; müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini».
Выбор основного перевода