Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla. Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod, üst cübbə, dama-dama xirqə, çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər. toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini». Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər;
Выбор основного перевода