Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. Şimal tərəfi üçün də uzunluğu yüz qulac pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün on dirək və on altlıq düzəlt. Şərq tərəfində də həyətin eni əlli qulac olsun. Darvazanın bir tərəfi üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. O biri tərəf üçün də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. Həyətin darvazası üçün uzunluğu iyirmi qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun. Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun. Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun. Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun. Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi.
Выбор основного перевода