Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt. Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki, bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun. Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun. Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın. Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört. Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur. Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt. Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi. Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər. Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər. Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər. Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər; bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər. Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
Выбор основного перевода